BDU-da Yeni il şənliyi keçirilib

30/12/2012

Bu gün Bakı Dövlət Universitetində Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Yeni il şənliyi keçirilib. Universitetin əməkdaşlarının övladları üçün keçirilən Yeni il şənliyi BDU-da artıq ənənə halını alıb.

Bu il Şaxta Baba hədiyyələrinin təşkilinə xüsusi diqqət yetirib. Hədiyyələrin ən yaxşı şirniyyatlardan təşkil olunması üçün HİK-in sədri, dosent Fikrət Şiriyevin rəhbərliyi altında komissiya təşkil edilib, şirniyyat bazalarından istehsal tarixi və keyfiyyəti diqqətlə yoxlanıldıqdan sonra alınıb.

Əməkdaşların köməkliyi ilə üç mindən artıq hədiyyə qablaşdırılıb və tədbir günü uşaqlara pulsuz paylanıb.

Peşəkar aktyorlardan ibarət Şaxta Baba və Qar Qız, musiqi kollektivləri, həmçinin Kukla teatrı nın nümayiş etdirdiyi “Məlikməmməd” tamaşası da uşaqların şənlənməsinə səbəb olub.

Mətbuat və informasiya şöbəsi, 31 dekabr 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!