BDU-da YAP-ın 20-ci ildönümü münasibətilə tədbir keçirilib

05/11/2012

Bu gün Bakı Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri girişi sözü ilə açan rektor, akademik Abel Məhərrəmov YAP-ın Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandığından, ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, ölkə həyatında - siyasətində, iqtisadiyyatında, elm və təhsilində, digər sahələrdə həyata keçirdiyi islahatlardan, möhtəşəm layihələrdən bəhs edib. «Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o vaxt daha da xoşbəxtdir ki, həmin siyasi kurs ölkədə uğurla davam etdirilir», - deyən rektor Azərbaycanın bütün nailiyyətlərinin bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu vurğulayıb. Abel Məhərrəmov, həmçinin, ulu öndərin elmin, təhsilin inkişafına, alimlərin sosial vəziyyətinin daha da yaxşılaşmasına hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını, həmin siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini də diqqətə çatdırıb.

Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov dövlətimizin formalaşması, inkişafı və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan, xalqın tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ciddi xarici geosiyasi müdaxilələrə, kəskin daxili ictimai-siyasi, iqtisadi və mənəvi böhrana, günü-gündən güclənən milli-vətəndaş qarşıdurması və s. neqativ hadisələrə baxmayaraq, müstəqil Azərbaycanın milli dövlətçiliyini qoruyub saxlamasından danışıb. Əli Əhmədov ümummilli liderin uğurlu siyasi kursunun bu gün ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini də diqqətə çatdırıb.

Sonda tarix fakültəsinin dekanı Azad Rzayev çıxış edib.

Tədbir başa çatdıqdan sonra YAP Yasamal rayonu ərazi ilk partiya təşkilatlarının futbol komandaları arasında keçirilmiş oyunların bağlanış mərasimi keçirilib. Qeyd edək ki, qalib Dövlət Sosial Müdafiə Fondunun komandası olub.

 

Mətbuat və informasiya şöbəsi, 5 noyabr 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!