BDU-da Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş tədbir və alman alimi Heiko Krügerin “Dağlıq Qarabağ konflikti – hüquqi araşdırmalar” kitabının təqdimatı keçirilib

23/02/2012

Bu gün Bakı Dövlət Universitetində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş tədbir və alman alimi Heiko Krügerin “Dağlıq Qarabağ konflikti – hüquqi araşdırmalar” kitabının BDU-nun təşəbbüsü ilə ingilis dilindən rus dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışıb. Bildirib ki, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na  keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə 7 min nəfərədək əhalisi olan Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüblər. Rektor deyib ki, Ümummilli liderimiz Heydər Əliyev hakimiyyət başına gəldikdən sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı, bütövlükdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırmışlar. Bu gün eyni siyasət Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Fondun Rusiya nümayəndəliyi tərəfindən həyata keçirilir. Aparıcı dövlətlərin ikili standartlarından söhbət açan, Fransa Senatının antidemokratik qərarını xatırladan rektor alman alimi Heiko Krügerin “Dağlıq Qarabağ konflikti – hüquqi araşdırmalar” kitabına da toxunub. Deyib ki, xarici alimlər öz siyasətçilərindən fərqli olaraq, tarixi hadisələrə daha obyektiv yanaşırlar ki, təqdimatı edilən kitab buna nümunədir.

Sonra Tarix fakültəsinin dosenti Boran Əzizin “Xocalı - XX əsrin faciəsi”, Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin “Heiko Krüger və onun Dağlıq Qarabağ münaqişəsi haqqında hüquqi araşdırmaları” mövzusunda məruzələri dinlənilib. Ə. Əliyevin çıxışından məlum olub ki, müəllif apardığı araşdırmalar və topladığı faktlara əsaslanaraq Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu sübut edir və bu həqiqətin nə sovet, nə də beynəlxalq hüquq normaları çərçivəsində şübhə altına alına bilməyəcəyi qənaətinə gəlir. Qeyd edir ki, bu bölgənin və ətrafındakı başqa 7 rayonun işğalı birbaşa Ermənistanın hərbi müdaxiləsi, siyasi və iqtisadi dəstəyi nəticəsində həyata keçirilmişdir. Özünü de-fakto müstəqil dövlət elan edən Dağlıq Qarabağ tamamilə Ermənistandan asılı vəziyyətdir. Bu o deməkdir ki, Dağlıq Qarabağ müstəqil bir dövlət kimi özünü təqdim edə bilməz. Bu durum Azərbaycana münaqişənin həlli üçün Azərbaycanın bütünlüyü prinsipini əsas götürmək imkanını verir. Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ statusunun danışıqlar nəticəsində müəyyən ediləcəyini qeyd edirlər, beynəlxalq hüquq sübut edir ki, bu status Azərbaycanın tərkibində müəyyən edilməlidir.

Tədbirin sonunda Türkiyə səfirliyinin nümayəndəsi Halis Koyuncuoğlu və millət vəkili Gülər Əhmədovanın çıxışları olub.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 23 fevral 2012-ci il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: Salamnews.com

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!