BDU-da “Xankəndi məcburi köçkün və şəhid ailələrinin yaşam mücadiləsi” videoçarxı nümayiş etdirilib

08/11/2016

Bakı Dövlət Universitetində Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin “Xankəndi məcburi köçkün və şəhid ailələrinin yaşam mücadiləsi” videoçarxının nümayişi olub.

Universitetin müəllim-tələbə heyətinin, qonaqların, o cümlədən millət vəkillərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə BDU Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev açıb.

Sonra “Xankəndi məcburi köçkün və şəhid ailələrinin yaşam mücadiləsi” videoçarxı nümayiş etdirilib. Videoçarxda respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşan Xankəndi şəhərindən olan azərbaycanlı məcburi köçkün və şəhid ailələrinin yaşam tərzi, öz doğma yurdlarından didərgin düşdükləri, deportasiyaya məruz qaldıqları gündən qarşılaşdıqları çətinliklər, yenidən yaşayış şəraiti qurmaq üçün üzləşdikləri problemlər öz əksini tapıb.

Milli Məclisin deputatları - Flora Qasımova, Jalə Əliyeva, Fəzail İbrahimli, Fazil Mustafa çıxış edərək videoçarxın, ümumiyyətlə, bu səpkili layihələrin milli vətənpərvərlik hissini aşılamaqda, ermənilərin törətdikləri vəhşilikləri ifşa etməkdə, onlar tərəfindən Azərbaycana qarşı edilən haqsızlıqları ifşa etməkdə xüsusi önəmindən bəhs ediblər.

Tədbirin sonunda Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva iştirakçılara təşəkkür edib.

Mətbuat və informasiya şöbəsi, 8 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!