BDU-da xalq artisti Rasim Balayevlə görüş

10/11/2016

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə xalq artisti Rasim Balayevlə görüş keçirilib.

Tədbiri açan THİK-in sədri, dosent Daşqın Qəmbərov kino tarixinin canlı əfsanəsi, görkəmli aktyor  Rasim Balayevi Bakı Dövlət Universitetində görməkdən məmnunluğunu ifadə edib. Tələbə Həmkarlar İttifaqı Komitəsinin davamlı olaraq tanınmış insanlarla görüşlər təşkil etdiyini vurğulayan Daşqın Qəmbərov, belə görüşlərin uğurlu nəticələr verdiyini bildirib.

Görüşün təşkilatçılarına təşəkkür edən tanınmış aktyor Rasim Balayev auditoriyanın, tələbələrin münasibətindən razılıq ifadə edib.

Tədbir boyunca tanınmış aktyorun ifasında şeirlər səslənib. Eyni zamanda tələbələr mahnılar, tamaşalar və şeirlər təqdim ediblər. Tələbələrin bacarığını yüksək qiymətləndirən Rasim Balayev onlara uğurlar arzulayıb və çoxsaylı suallarını cavablandırıb. Tədbirdə universitetin kollektivi ilə yanaşı, xalq artisti Alim Qasımov da iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 10 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!