BDU-da ulu öndərin 89-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

02/05/2012

Bu gün Bakı Dövlət Universitetində «Heydər Əliyev məktəbi»nin ulu öndərin 89-cu ildönümünə həsr olunmuş növbəti məşğələsi keçirilib. Qonaqları və tədbir iştirakçılarını salamlayan rektor, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, ölkə həyatında - siyasətində, iqtisadiyyatında, elm və təhsilində, digər sahələrdə həyata keçirdiyi islahatlardan, möhtəşəm layihələrdən bəhs edib. «Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o vaxt daha da xoşbəxtdir ki, həmin siyasi kurs ölkədə uğurla davam etdirilir» deyən rektor Azərbaycanın bütün nailiyyətlərinin bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu vurğulayıb. Akademik ulu öndərin elmin, təhsilin inkişafına, alimlərin sosial vəziyyətinin daha da yaxşılaşmasına hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını, həmin siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini də diqqətə çatdırıb.

Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov çıxışında dövlətimizin formalaşması, inkişafı və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıb. Deyib ki, xalqın tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ciddi xarici geosiyasi müdaxilələrə, kəskin daxili ictimai-siyasi, iqtisadi və mənəvi böhrana, günü-gündən güclənən milli-vətəndaş qarşıdurması və s. neqativ hadisələrə baxmayaraq, ulu öndər müstəqil Azərbaycanın milli dövlətçiliyini qoruyub saxlaya bilib. Ulu öndərin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən danışan natiq, onu da bildirib ki, Avropa və dünyanın enerji təhlükəsizliyi sahəsindəki mövqeləri qorumaq, ölkənin milli maraqları ilə sıx əlaqələndirmək, enerji ixracı marşrutlarının şaxələndirilməsi, Dağlıq Qarabağ probleminin həllinə dinc yolla nail olunmasında ümummilli liderin böyük tarixi xidmətləri olub və həmin kurs bu gün ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra professorlar - Tofiq Hacıyev və Yaqub Mahmudov ulu öndərlə bağlı xatirələrini bölüşüblər.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 02 may 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!