BDU-da ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş tədbir keçirilib

06/05/2015

Bu gün Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb və ulu öndərin vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edib. Deyib ki, böyük rəhbərin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası son illərdə müstəqil Azərbaycanın ictimai həyatının bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaradıb, onu regionun qüdrətli, sayılıb-seçilən dövlətinə çevirib. Respublikada demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazanılan böyük nailiyyətlər də məhz ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən prezident İlham Əliyevin yerit­diyi məq­səd­yönlü siyasətin qayəsində xalqın milli-mənəvi, mədəni və elmi-intel­lektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır.

Sonra Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan quruculuğu, daxili və xarici siyasət istiqamətindəki fəaliyyəti ilə bağlı məruzə edib. Bildirib ki, Heydər Əliyev haqqında deyilən hər bir söz onun fəaliyyətinin dəyərləndirilməsi ilə yanaşı, gələcək nəsillər üçün Azərbaycanın inkişafına xidmət edən fəaliyyətin tarixə çevrilməsinə verilən qiymətdir. Heydər Əliyev haqqında xatirələr, onun xalqı qarşısındakı xidmətləri, fikirləri, düşüncələri mövcuddur. Azərbaycan ötən dövrdə bütün sahələrdə dinamik inkişaf yolu keçib, iqtisadi sahədə modernləşmə mərhələsinə gəlib çıxıb, keyfiyyətcə cəmiyyətin normal inkişaf ahəngini təmin edən çoxşaxəli siyasi və hüquqi islahatları inamla gerçəkləşdirilib. Ən əsası, dövlət müstəqilliyi qorunub saxlanılaraq möhkəmləndirilib.

Tədbirdə akademik Vasim Məmmədəliyev və professor Abuzər Xələfov ulu öndərlə bağlı xatirələrini bölüşüblər.

Mətbuat və İnformasiya şöbəsi, 06  may, 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!