BDU-da ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilib

25/04/2013

Bu gün Bakı Dövlət Universitetində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi ilə Kitabxanaçılıq-informasiya fakültəsinin birgə təşkil etdiyi “Zərli tac kamallı başa yaraşır” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbiri açıq elan edən rektor, akademik Abel Məhərrəmov ümummilli liderin 90 illik yubileyi münasibətilə keçirilən bu tədbirin əhəmiyyətindən danışıb. «Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o halda daha da xoşbəxtdir ki, bu siyasi kurs ölkədə uğurlar davam etdirilir», deyən rektor bu siyasi kursun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və ölkəmizin hər bir sahədə inkişaf etdiyini də qeyd edib.

Daha sonra tədbirdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Şəmşirin ulu öndər Heydər Əliyevə həsr etdiyi şeirlərin əsasında hazırlanmış video-çarx nümayiş etdirilib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub ulu öndərlə bağı xatirələrindən danışıb. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu da öz növbəsində ümummilli lider görüşlərindən, onun xalqı və dövlət üçün gördüyü əvəzsiz işlərdən bəhs edib.

Sonda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə akademik Abel Məhərrəmov Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə və ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərin təşkilindəki xidmətləri münasibətilə İctimai Birliyin xüsusi dostluq diplomuna layiq görülüb.

Tədbir konsert proqramı ilə davam etdirilib.

Mətbuat və İnformasiya şöbəsi, 25 aprel 2013-cü il.





 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!