BDU-da türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri mövzusunda konfrans keçirilib

18/05/2017

Bakı Dövlət Universitetində Türk xalqları tarixi kafedrasının 25 illik yubileyinə həsr olunmuş Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri mövzusunda respublika elmi praktik konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov konfransın əhəmiyyətindən danışıb. Türk xalqlarının qədim dövr və orta əsrlər tarixi, türk xalqları üzrə mənbələr və tarixşünaslıq, tarixi şəxsiyyətlərimiz, türk xalqları və din, türk xalqlarının yeni və müasir dövrlər tarixi kimi məsələlərin müzakirə olunacağı konfransın keçirilməsini yüksək qiymətləndiran rektor onun işinə uğurlar arzulayıb, türk xalqları tarixi kafedrasının fəaliyyətini xüsusilə qeyd edib.

Tarix fakültəsinin dekanı, dosent  Azad Rzayevin çıxışından sonra Türk xalqlarının tarixi kafedrasının  müdiri, professor Əsməd Muxtarova “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı – 98 yaşlı Bakı Dövlət Universitetin Azərbaycan Respublikası ilə yaşıd olan Türk xalqları tarixi kafedrası” mövzusunda məruzə edib.

BDU-nun professoru Qabil Əliyev tariximizin araşdırılmasında və təbliğində əvəzsiz xidmətləri olan “Tarix və onun problemləri” jurnalının 20 illik fəaliyyətindən bəhs edib.

Təbrik çxışlarında kafedranın fəaliyyətindən, elm və təhsil sistemindəki rolundan danışılıb.

Sonra konfrans işini bölmə iclaslarında davam etdirib. 12 bölmədə 57 məruzə dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 18 may 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!