BDU-da “Türk sivilizasiyasının dünya mədəniyyətinə verdiyi töhfələr” mövzusunda seminar keçirilib

10/11/2017

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində “Bəhmənyar klubu”nun təşkilatçılığı ilə “Türk sivilizasiyasının dünya mədəniyyətinə verdiyi töhfələr” mövzusunda seminar keçirilib.

Əvvəlcə çıxış edən Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanova seminarın məqsəd və mahiyyəti barədəətraflı məlumat verib. O, belə seminarların həm görkəmli alimlərlə tələbələri yaxından tanış etmək, həmçinin fakültələrarasıəlaqələrin inkişafında əhəmiyyətindən bəhs edib. Seminarda tanınmış türkoloq alim, Türkologiya kafedrasının müdiri, professor Ramiz Əsgər, Coğrafi ekologiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı, Türk xalqları tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarova, Sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmov, Gender və tətbiqi psixologiya kafedrasının müdiri, professor Rəna İbrahimbəyova, professor Qızılgül Abbasova, professor Əziz Məmmədov çıxış edib.

Çıxışçılar türk xalqlarının tarixi inkişafı, türk dünyasının yerləşdiyi coğrafi ərazinin əhəmiyyəti, türklərin sahib olduğu milli dövlətçilik ənənəsi, tarixdə mövcud olmuş türk dövlətləri, onlarınümumbəşəri mədəniyyətə gətirdiyi yeniliklər, türk alimlərinin elmə verdiyi böyük töhfələr, türk dilli xalqların hazırki şəraitdə yaxınlaşma imkanları və ortaq türk dilinin yaradılması zərurəti,  türk xalqlarının tarixində etnopsixoloji amillərin rolu kimi məsələlərdən bəhs ediblər.

Sonda seminar iştirakçılarına “Bəhmənyar klubu”nun yaradılması və fəaliyyətini əks etdirən bukletlər təqdim edilib.

Mətbuat və informasiya şöbəsi, 10 noyabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!