BDU-da Transmilli Cinayətkarlıq üzrə magistratura yaradılacaq

08/10/2012

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Maks Plank adına Xarici və Beynəlxalq Cinayət Hüququ üzrə Fraybur İnstitutunun (Almaniya) direktoru Hans Albrexti qəbul edib. Universitet haqqında məlumat verən akademik Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiyasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb.

Qeyd edək ki, Hans Albrext rektor Abel Məhərrəmovla görüşdən əvvəl BDU-nun Hüquq fakültəsinin müəllim və tələbələrinə mühazirə oxuyub, verilən suallara ətraflı cavab verib. Qonaq akademik Abel Məhərrəmovla söhbətddə BDU ilə əməkdaşlıq qurulmasında maraqlı olduğunu bildirib.

Akademik Abel Məhərrəmov öz növbəsində BDU-nun Maks Plank adına Xarici və Beynəlxalq Cinayət Hüququ üzrə Fraybur İnstitutu ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Görüşün nəticəsi olaraq, qərara alınıb ki, gələn il BDU-da  Transmilli Cinayətkarlıq üzrə magistratura yaradılacaq, universitetin tələbələri və gənc alimləri Maks Plank adına Xarici və Beynəlxalq Cinayət Hüququ üzrə Fraybur İnstitutunun doktoranturasına göndəriləcək.

Mətbuat və informasiya şöbəsi, 08 oktyabr 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!