BDU-da təlim kursunun müdavimlərinə sertifikatlar təqdim olundu

25/12/2009

Dekabrın 22-də Bakı Dövlət Universitetində BDU və Rusiya Elmlər Akademiyasının Rentgenstruktur Analiz Mərkəzi  arasında təsdiqlənmiş layihə çərçivəsində təşkil olunmuş təlim kursunun müdavimlərinə sertifikatların təqdim olunma mərasimi keçirildi. Tədbiri giriş sözü ilə BDU-nun rektoru Abel Məhərrəmov açaraq bildirdi ki, bu layihə Azərbaycanda kristal qrafiya elminin inkişafı üçün tarixi bir layihədir.  Layihə çərçivəsində BDU-da milli gənc kadrların hazırlanması əsas məqsəd  kimi qarşıya qoyulmuşdu.Kimya fakültəsində rentgenstruktur analiz laboratoriyası yaradılmış və Rusiyadan da bura tanınmış mütəxəssislər cəlb olunmuşdur.Nəticədə elmin bu sahəsində böyük  uğur əldə edən 12 nəfər gənc BDU-da RSA tədqiqatları  apara bilir.

Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov BDU ilə Rusiya Elmlər Akademiyasının Rengenstruktur Analiz Mərkəzi arasında təsdiqlənmiş layihəni xüsusi qiymətləndirdi və bu gün BDU -da yaradılmış "Rentgenstruktur analiz" laboratoriyasında olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. Elm sahəsində bu cür uğurlar qazanılmasının ölkə başçısının diqqət və qayğısı nəticəsində mümkün olduğunu   deyən təhsil naziri Misir Mərdanov elmi  əməkdaşlığa görə Rusiya Elmlər Akademiyasının  mütəxəssislərinə öz  təşəkkürünü bildirdi.

Sonda təhsil naziri Misir Mərdanov və AMEA-nın vitse-prezidenti, akademik  Akif Əlizadə tərəfindən təlim kursunun 12 müdaviminə sertifikatlar təqdim olundu.

“Azərbaycan müəllimi” qəzeti, 25 dekabr 2009-cu il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!