BDU-da “Tələbə Həftəsi” çərçivəsində görüş keçirilib

11/11/2015

Azərbaycan Tələbələr Birliyinin elan etdiyi “Tələbə həftəsi” çərçivəsində ilk tədbir Bakı Dövlət Universitetində təşkil edib. Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Səbuhi Rzayev, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadənin iştirak etdiyi görüşü BDU-nun Tələbə-gənclər təşkilatının sədri Nicat Kərimov açaraq onun əhəmiyyətindən danışıb.

ATB-nin sədri Elvin Aslanov çıxışında “Tələbə həftəsi”nin önəmindən, tələbələrin ölkə həyatında tutduqları yerdən danışıb. Bildirib ki, prezident İlham Əliyevin ali təhsilə, tələbələrə verdiyi önəmin göstəricisidir ki, son illərdə tələbələrin keyfiyyətli təhsil almaları, onların sosial rifah halının yaxşılaşdırılması  istiqamətində xeyli işlər görülür, ali təhsil sistemi beynəlxalq keyfiyyət proqramlarına cavab verməsi üçün lazımi addımlar atılır.

Daha sonra çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Səbuhi Rzayev ölkəmizdə həyata keçirilən gənclər siyasətindən və bu siyasət çərçivəsində tələbələrə göstərilən diqqətdən bəhs edib.

Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə isə tələbələrin karyera quruculuğu işində diqqət göstərməli olduqları məqamları vurğulayıb.

Sonda tələbləri maraqlandıran suallar cavablandırıb, mövzu ətrafında müzakirələr  aparılıb.

Mətbuat və informasiya şöbəsi, 11 noyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!