BDU-da Tələbə Gənclər Təşkilatının III konfransı keçirilib

24/11/2010

Bu gün Bakı Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının üçüncü hesabat-seçki konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.Sonra tədbir öz işinə başlayıb. Təşkilatın sədr əvəzi Lamiyə Hüseynova tələbələr adından konfrans iştirakçılarını salamlayıb və çıxış üçün sözü rektor, akademik Abel Məhərrəmova verib. Gənclərin bir sıra sahələrdə  uğurla fəaliyyət göstərmələrindən,  ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil etmələrindən bəhs edən akademik Abel Məhərrəmov ölkəmizin istər siyasi, istər iqtisadi cəhətdən sürətlə inkişaf etdiyini bildirib və Azərbaycan gəncliyinin qarşısında  mühüm vəzifələrin dayandığını söyləyib. Gənclərin Azərbaycanın  qüdrətinin daha da artırılması istiqamətində öz biliklərini, təhsillərini artırmağın, o cümlədən xarici dil səviyyələrini yüksəltməyin vacibliyini qeyd edib.
Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərildiyini,  həm təhsil sisteminin maddi-texniki bazasının güclənməsi, həm də təhsilin keyfiyyətinin artması istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdıran rektor tələbələrə güclü təhsil vermək, onların dünyada mövcud olan ən qabaqcıl təcrübəni əldə etmələri  və  ölkəmizdə tətbiq etmələrinə şərait yaratmağın əhəmiyyətindən danışıb.Akademik Abel Məhərrəmov gənclərin milli dəyrələri həmişə uca tutmalarının önəmindən də bəhs edib: «Prezident İlham Əliyevin də söylədiyi kimi gənclərimiz milli dəyərlər əsasında qurulmuş azərbaycançılıq, müstəqillik ideologiyaları ilə dəstəklənməlidir. Milli dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Gənc nəslin tərbiyə olunmasında, formalaşmasında və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında milli dəyərlərə bağlılığımız  çox mühümdür».
Çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov Bakı Dövlət Universitetinin ölkəmizin ən  aparıcı ali məktəblərindən biri olduğunu, bütün dövrlərdə Azərbaycan təhsilinə çox böyük töhfələr verdiyini bildirib, ölkəmizdə bütün sahələrlə yanaşı, təhsilə də dövlət qayğısının yüksək səviyyədə göstərilməsini vurğulayıb. O, Bakı Dövlət Universitetinin yalnız  peşəkar kadr deyil, həm də vətəndaş yetişdirdiyini söyləyib, yeni seçiləcək sədr və sədr müavinlərini təbrik edərək, Tələbə Gənclər Təşkilatının bütün üzvlərinə müstəqil Azərbaycanın inkişafı yolunda fəaliyyətlərində uğurlar arzulayıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə universitetdə konfransın keçirilməsinin əhəmiyyətindən bəhs edib və bu ənənənin digər  təhsil müəssisələri  tərəfindən davam etdirilməsinin önəmini vurğulayıb.  Sonra nizamnaməyə uyğun olaraq mandat komissiyalarının sədrləri çıxış edib. Nəzərə çatdırılıb ki, səsvermə hüququ olan 390 nəfərdən 39 nəfəri konfransda iştirak etmir. Daha sonra hesabat dinlənilib, hesabat ətrafında çıxışlar olub. TGT-nın İdarəetmə şurası, Nəzarət Təftiş Komissiyası, sədr və sədr müavinləri seçilib. TGT-nın yeni sədri vəzifəsinə təyin edilən Sosial elmlər və psixologiya fakültəsinin magistri Məmmədbağır Məmmədov göstərdikləri etimada görə  İdarə heyətinə təşəkkür edib. Yeni sədr təşkilatın gələcək fəaliyyəti, görüləcək işlər barədə danışıb. Sonda TGT-nın yeni yaradılmış www.bsu-tgt.org saytının təqdimatı olub.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 24 noyabr 2010-cu il.
(Görüş AzərTAc, Riyad Media, Moderm.az, News24.Az informasiya agentlikləri və xəbər portallarında, “Azərbaycan” və “Xalq qəzeti”ində də yayımlanıb – 24-25 noyabr 2010-cu il).

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!