BDU-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Ali təhsil sahəsində təkmilləşən əməkdaşlıq” mövzusunda seminar keçirilib

17/11/2016

“Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” layihəsi adı altında həyata keçirilən Tvinninq layihəsi çərçivəsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində görüş keçirilib. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, ümumi məqsədi Avropa Ali Təhsil Məkanına inteqrasiya etməklə Azərbaycanın ali təhsil sisteminin daha da inkişaf etdirilməsi olan layihənin əsas tərəfdaşları Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzi (FİNEEC) və Estoniyanın Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı üzrə Agentliyidir (EKKA). Layihə çərçivəsində keyfiyyətin gücləndirilməsi, ali təhsil müəssisələrinin akkreditasiyasının təkmilləşdirilməsi, müvafiq sahələrdə siyasətin formalaşdırılmasına dair dialoq, eləcə də beynəlxalq əməkdaşlıq və mobillik kimi Avropa Ali Təhsil Məkanına məxsus prinsiplərinin həyata keçirilməsi istiqamətində addımların atılması nəzərdə tutulur.

Görüş çərçivəsində qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov 2015-ci ildən başlanan Tvinninq layihəsinin Avropa Ali Təhsil Məkanına  inteqrasiya etməklə Azərbaycanın ali təhsil sisteminin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüş “Ali təhsil sahəsində təkmilləşən əməkdaşlıq” mövzusunda seminarla davam edib. Tvinninq Layihəsi üzrə Rezident Tvinninq Müşaviri Reijo Aholainen layihə çərçivəsində görülən işlərdən danışıb. Finlandiyanın Novia Tətbiqi Elmlər Universitetinin rektoru Örjan AnderssonunRektorlar Şurasının yaradılması ilə bağlı çıxışı, Arximed Fondunun direktoru Rait Toompere və  Helsinki Universitetinin professoru Kauko Hamalainen bununla əlaqədar birgə təqdimatı dinlənilib. Görüşdə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov və aparıcı məsləhətçi Vüsalə Qurbanova da iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 17 noyabr 2016-cı il






 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!