BDU-da THİK-in təşkilatçılığı ilə pulsuz ingilis dili conversationlarına start verilib

27/10/2014

BDU THİK-nin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, 25 oktyabr tarixində layihənin açılışı və ilk ingilis dili conversationu baş tutub. Tədbirdə BDU THİK sədr müavini İlkin Şərifov və komitə əməkdaşları, “Jalal-i” tədris mərkəzinin rəhbəri Cəlal Məhərrəmov və ingilis dili üzrə biliklərini artırmağı arzu edən 70-dən artıq gənc iştirak edib.

Bakı Dövlət Universiteti tələbələri üçün nəzərdə tutulan bu layihənin məqsədi ingilis dilini təkmilləşdirmək istəyən, lakin müəyyən səbəblərdən bunu edə bilməyən tələbələrə universitet divarlarını tərk etmədən imkan yaratmaq və dəstək olmaqdır. BDU THİK sədr müavini İlkin Şərifov tədbir iştirakçılarını salamlayıb və THİK sədri Daşqın Qənbərovun da salamlarını çatdıraraq tədbiri və layihəni açıq elan edib. Daha sonra “Jalal-i” tədris mərkəzinin rəhbəri Cəlal Məhərrəmov gəncləri salamlayaraq uğurlar diləyib və tədris mərkəzinin müəllimləri 70 nəfər gənclə birlikdə ilk conversationu keçiriblər.

Qeyd olunur ki, gələcəkdə rus və digər dillər üzrə conversation və dərslərin keçirilməsi planlaşdırılır.

BDU THİK İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri, Rəşid Mustafazadə


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!