BDU-da tanınmış alim və filosof Lev Vıqotskinin 120 illiyinə həsr edilmiş tədbir keçirilib

26/10/2016

Bakı Dövlət Universitetində «İrs və innovasiyalar - Lev Vıqotskinin mədəni-tarixi ənənələrinin davamı» adlı dəyirmi masa öz işinə başlayıb. Rossotrudniçestvo, Moskva Dövlət Pedaqoji Universiteti, Rusiyanın İnformasiya-Mədəni Mərkəzi və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə baş tutan dəyirmi masanı giriş sözü ilə BDU-nun Tədrisin təşkili və təlim-texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva açıb. Tədbirin psixologiya və pedaqogikaya böyük töhfələr vermiş, dünya miqyasında tanınmış alim və filosof Lev Vıqotskinin 120 illiyinə həsr edildiyini bildirən professor İradə Əliyeva dəyirmi masanın işinə uğurlar arzulayıb.

Dəyirmi masanın moderatoru, Moskva Dövlət Pedaqoji Universitetinin professoru Yelena Levanova qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd dünya elmi təcrübəsinin  və Lev Vıqotskinin metodologiyasının ümumləşdirilməsi, onun nəzəriyyəsinin dünya psixologiyasında tətbiqidir.

Dəyirmi masada BDU-nun kafedra müdiri, professor Bəxtiyar Əliyev, Rusiya Təhsil Akademiyasının akademiki Valeriya Muxina, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə və başqaları çıxış ediblər.

Mətbuat və informasiya şöbəsi, 26 oktyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!