BDU-da “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir

10/04/2017

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində “İslam Həmrəyliyi İli-2017: reallıqlar və perspektivlər” və “İslam mədəniyyətində həmrəylik” mövzularında elmi konfrans keçirilib. Konfransı açan Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professir  Rəbiyyət Aslanova bildirib ki, Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Professor qeyd edib ki, Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır. Rəbiyyət Aslanova onu da qeyd edib ki, prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi məhz 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsinin məntiqi davamıdır. Bu məqsədlə keçirilən tədbirlərin, elmi-metodik konfransların, dəyirmi masaların və həmçinin İslam həmrəyliyinə dair mühazirələrin təşkili davam edəcək.

Sonra professorlar Qızılgül Abbasova, İzzət Rüstəmov, Ləzifə Qasımova və dosent Nərman Süleymanov çıxış ediblər. Fəlsəfə ixtisası üzrə təhsil alan tələbə Cavad Qurbanovun çıxışı auditoriya tərəfindən maraqla qarşılanıb.

Mətbuat və informasiya şöbəsi, 10 aprel 2017-c il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!