BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans

25/04/2017

Bakı Dövlət Universitetində “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda respublika elmi-metodik konfransı keçirilib. Giriş sözü ilə çıxış edən rektor, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında  imzaladığı sərəncamın böyük əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı, İSESKO, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli mədəni forumların təşkilatçısı kimi çıxış edib. Akademik Abel Məhərrəmov son illər ölkəmizdə müxtəlif dinlərin  həmrəyliyi istiqamətində uğurlu siyasət aparıldığını, sovet dövründə  dinlə bağlı sərt qadağaların mövcud olduğunu, Azərbaycanda 20-dək məscidin fəaliyyət göstərdiyi halda hazırda onların sayının 2000-i ötdüyünü, həmin məscidlərin 300-dən çoxunun tarixi-mədəni abidə kimi qorunduğunu  xatırladıb.

Plenar iclasda çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın,  o cümlədən bölmə iclaslarına təqdim edilən məqalələrin əhəmiyyətindən, İslam dünyasında böyük nüfuza malik olan Azərbaycanın sivilizasiyalararası dialoq məkanına çevrilməsindən danışıblar.

Sonra BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev «İslam həmrəyliyi müasir dünyanın ən zəruri tələblərindən biridir»,  Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanova «İslam mədəniyyətində ümumbəşəri həmrəylik prinsipi» mövzularında məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, işini 6 bölmə üzrə davam etdirəcək konfransda 200-dən çox məruzə dinləniləcək.

Mətbuat və informasiya şöbəsi, 25 aprel 2017-c il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!