BDU-da Sinxay inqilabının 100 illiyi qeyd edilib

24/11/2011

Bu gün Bakı Dövlət Universitetində Sinxay inqilabının 100 illiyi münasibətilə elmi konfrans keçirilib. Tarix və şərqşünaslıq fakültələri, universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu və Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyi tərəfindən təşkil olunan konfransdan öncə Sinxay inqilabı və Çinin müasir reallıqlarını əks etdirən  foto-sərgiyə baxış keçirilib.

Konfransı açan rektor, akademik Abel Məhərrəmov Sinxay inqilabının əhəmiyyətindən danışıb, Çin və Azərbaycan xalqlarının tarixi əlaqələrindən, Çinin dinamik inkişafından bəhs edib. Akademik Abel Məhərrəmov həmçinin, Konfutsi İnstitutunun fəaliyyəti haqqında məlumat verib, universitetdə çin dili və ədəbiyyatı üzrə mütəxəssislərin hazırlandığını və səmərəli nəticələrin əldə edildiyini bildirib. Sonra Çinin Azərbaycandakı səfiri Can En Yan konfransın əhəmiyyətini qeyd edib, Sinxay inqilabından danışıb. Dosent Atamaoglan Məmmədli məruzəsi isə auditoriya tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Sinxay inqilabı nəticəsində Çində Mançur sülaləsi devrilib, Çin imperiyası dağılıb və respublika elan edilib.

BDU-nun Mətbuat və İnformasiya Şöbəsi, 24 noyabr, 2011-ci il.


Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: apa.az, lent.az.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!