BDU-da SABAH-ın müəllimlərinə sertifikatlar verilib

23/10/2015

Bakı Dövlət Universitetində ali təhsil müəssisələrinin SABAH qruplarının müəllimləri üçün təşkil edilən 8 günlük təlim sona çatıb. Bununla bağlı keçirilən tədbirdə çıxış edən rektor akademik Abel Məhərrəmov Fransa Respublikasının Azərbaycandakı səfiri Paskal Mönyeni diplomatik missiyasının başa çatması ərəfəsində yenidən universitetdə görməkdən məmnunluğunu ifadə edib. Səfirin ölkəmizdəki fəaliyyəti dövründə Fransa universitetləri ilə əməkdaşlığın qurulmasına, ümumilikdə təhsil sahəsində əlaqələrin inkişafına göstərdiyi dəstəyə görə təşəkkür edib. Rektor Abel Məhərrəmov Paris Sorbon Universitetinin (Abu Dabi) mütəxəssisləri tərəfindən “Ünsiyyət və beynəlmiləlləşmə” mövzusunda keçirilən təlimin əhəmiyyətindən danışıb, onun iştirakçıların müasir tədris metodları üzrə peşəkarlıq səviyyəsinin və kvalifikasiyasının artırılmasına, o cümlədən SABAH qruplarında təhsilin daha da  keyfiyyətli təşkilinə müsbət təsir edəcəyinə əminliyini  bildirib.

Fransa Respublikasının Azərbaycandakı səfiri Paskal Mönye, öz növbəsində, BDU-da olmağından məmnunluğunu ifadə edərək Fransa və Azərbaycan arasında təhsil sahəsindəki münasibətlərin  inkişafından danışıb. Tədbir barədə rektorla həmfikir olduğunu söyləyən P.Mönye səfirliyin Paris Sorbon Universitetinin fəaliyyətini, o cümlədən Azərbaycan universitetləri ilə əməkdaşlığını dəstəklədiyini də əlavə edib.

Sonra təlimi əks etdirən qısametrajlı film nümayiş olunub, iştirakçılara sertifikatlar verilib. Sonda səfir Paskal Mönyeyə universitetin xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, tədbirdə Fransa səfirliyinin Mədəniyyət işləri üzrə attaşesi Yohan Şiterer, Təhsil Nazirliyi SABAH qrupları İcra Komitəsinin rəhbəri Elçin Ağakişiyev, Paris  Sorbon Universitetinin (Abu Dabi) post-Sovet ölkələri üzrə müşaviri İmran Muxtarov da iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 23 oktyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!