BDU-da RİYAZİYYATÇILARIN KONFRANSI KEÇİRİLİR

12/05/2011

Bu gün Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş «Riyaziyyatın tətbiqi problemləri» mövzusunda magistrant, doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb.

Tədbiri açan BDU-nun elmi işlər üzrə prorektoru,  professor İsmayıl Əliyev ulu öndər, görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında və inkişafında tarixi xidmətlərindən danışıb. Dahi şəxsiyyət Heydər Əliyevin elm və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən prorektor ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb, Azərbaycanın dinamik inkişaf etdiyini bildirib, tələbələrə tövsiyələrini verib, konfransa uğurlar arzulayıb.

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinın dekanı, AMEA-nın müxbir üzvü, professor Məhəmməd Mehdiyev fakültənın uğurları barədə danışıb. Sonra “Diferensial tənliklər və riyazi modelləşdirmə”, “Əməliyyatlar tədqiqi, ehtimal nəzəriyyəsi və riyazi statistika, riyazi kibernetika”, “Optimal idarəetmə və informatika”, “Riyazi iqtisadiyyat” bölmələri üzrə iclaslar keçirilib.

Riyaziyyatın müxtəlif sahələrinə aid 100 yaxın məqalə və məruzələrdən ibarət olan konfrans 4 bölmədən ibarətdir.

BDU-nun Mətbuat vəİnformasiya şöbəsi, 12 may 2011-ci il.

(Material APA, SİA, AzerTac, modern.az, lent.az, 1News.az, AZE.az, Salamnews.org, ucnoqte.az, novoteka.ru, bakılılar.az, ann.az, informasiya agentliklərində və xəbər portallarında və "Yeni Azərbaycan" qəzetində də yayımlanıb 12-13 may 2011-ci il)

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!