BDU-da Rusiyanın “5-100”layihəsinin təqdimatı keçirilib

13/05/2016

Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) Fizika-riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı, kimya elmləri doktoru, professor Leonid Voskresenski Bakı Dövlət Universitetində olub.

Alim BDU-nun prorektorları,  professorlar - İradə Əliyeva, Aydın Kazımzadə, dekanlar və elmi hissə rəhbərlərinin iştirakı ilə “5-100” layihəsi çərçivəsində  Rusiya Xalqlar Dostluğu Universiteti ilə BDU arasında mümkün qarşılıqlı mexanizmlər" adlı təqdimat keçirib. Məlum olub ki, professor Leonid Voskresenski dünyanın tanınmış elm və təhsil mərkəzləri arasında Rusiyanın aparıcı universitetlərinin rəqabət qabiliyyətinin artırılmasına yönələn “5-100” layihəsi çərçivəsində Rusiya Xalqlar Dostluğu Universitetində tədqiqat işləri aparmaq üçün BDU-nun istedadlı alimlərini cəlb etmək niyyətindədir.

Sonda prorektorlar İradə Əliyeva və Aydın Kazımzadə rusiyalı alimə təqdimat üçün təşəkkürlərini bildirib və dekanlara Rusiya Xalqlar Dostluğu Universitetində tədqiqat işləri aparmaq üçün mümkün namizədlərin müəyyən edilməsi barədə tapşırıqlar veriblər.

Mətbuat və informasiya şöbəsi, 13 may 2016-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!