BDU-da Rusiya Dövlət Kitabxanasının Virtual Oxu Zalı açılıb

15/02/2012

Bu gün Bakı Dövlət Universitetində Rusiya Dövlət Kitabxanasının Virtual Oxu Zalı açılıb. MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun dəstəyi ilə “Dostluğun günbəzləri: kitabxanalar” meqa layihəsi çərçivəsində həyata keçirilən “MDB dövlətlərinin aparıcı ali təhsil məktəblərinin kitabxanalarında və milli kitabxanalarda Rusiya dövlət kitabxanasının dissertasiyaların Elektron kitabxanalarının Virtual Oxu Zalları” layihəsi çərçivəsində açılan Virtual Oxu Zalı BDU-ya Rusiya Dövlət Kitabxanasının dissertasiyalarının Elektron kitabxanasından bir təqvim ili müddətində istifadə etmək imkanı verəcək.

Virtual Oxu Zalının açılışında iştirak etmək məqsədilə Rusiya Dövlət Kitabxanasının Baş Direktoru Aleksandr Vislovun başçılıq etdiyi nümayəndə heyəti BDU-da olub.

Rusiya Dövlət Kitabxanasının Baş Direktoru A.Vislov, öz növbəsində, Rusiyada da bu problemin çox aktual olduğunu diqqətə çatdırıb və problemin həlli ilə əlaqədar öz təcrübələrini bölüşüb. Nümayəndə heyətini qəbul edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov Elektron kitabxanaların yaradılmasının çox vacib məsələ olduğunu qeyd edərək BDU-nun Kitabxanaçılıq və informasiya fakültəsində tətbiq olunan yeniliklərdən söhbət açıb.

Qeyd edək ki, Virtual Oxu Zalı Rusiya Dövlət Kitabxanasının ölkəmizdə açdığı ikinci zaldır.

Mətbuat və İnformasiya şöbəsi, 15 fevral 2012-ci il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: APA, modern.az, azadinform, "525-ci qəzet", uchnoqta.az, "Azərbaycan müəllimi", diss.rsl.ru

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!