BDU-da Şərq ölkələrinin mədəniyyət festivalı keçirilib

27/05/2016

2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizim ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin sərancamına əsasən, multikulturalizim ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunmasına dair BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə "Şərq Ölkələri Festivalı” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov bu cür tədbirlərin tələbələri müsbət istiqamətə yönləndirdiyini qeyd edib. Şərq xalqlarının qədim mədəniyyətləri haqqında məlumat verən Daşqın Qənbərov ilk insan məskənlərinin və ilk tarixi ixtiraların məhz Şərqdə olduğunu vurğulayıb. BDU-nun artıq multikulturalizmin bir məkanına çevrildiyini söyləyən Qənbərov burada müxtəlif xalqların mədəniyyətlərinin öyrənildiyini də xatırladıb.
Layihənin ideya müəllifi və rəhbəri Nigar Xudiyeva isə bildirib ki, tədbirin keçirilməsində məqsəd Şərqşünaslıq fakültəsində tədris edilən ölkələrin mədəniyyətlərinin necə öyrənildiyini, bu ölkələrlə Azərbaycanın keçmiş və indiki əlaqələrinin yüksək səviyyədə olduğunu əyani şəkildə göstərməkdir.
Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov da tədbirin əhəmiyyətindən danışıb və tələbələrə uğurlar arzulayıb.
Sonra fakültənin ayrı-ayrı bölmələrinin oxuduqları ölkələr üzrə hazırladığı videoçarxlar və digər mədəniyyət nömrələri nümayiş olunub. İlk olaraq Regionşünaslığın (Türkiyə üzrə ixtisasının) 1-ci kurs tələbələrinin hazırladığı Atatürkün "Gençliğe hitabe”si videoçarx nümayiş etdirilib. Daha sonra eyni ixtisasın 3-cü kurs tələbəsi Fidan Tahirzadənin oxuduğu və müəllifi Orxan Vəli olan "İstanbulu dinliyorum” şeiri izləyicilər tərəfindən coşqu ilə qarşılanıb.
İranşünas tələbələr İran və onun mədəniyyət abidələri haqqında məlumat verib, Ustad Şəhriyardan şeir parçasını həm farsca, həm də türkcə səsləndiriblər. Çinşünas tələbələr Çin musiqi və rəqs nömrəsi, İsrailşünas tələbələr isə ibricə şeir və musiqi səsləndiriblər.Koreyaşünas tələbələr isə musiqi alətlərində ifa ediblər. Sonda şəhidlərimizin xatirəsinə həsr edilmiş və fakültənin 2 tələbəsi tərəfindən ifa edilən "Şəhid arzuları” musiqisi dinlənilib. Festivalda Misir, Türkiyə, İran, Pakistan, İsrail, Koreya,Yaponiya və Çin xalqlarının mədəniyyət nümunələri sərgilənib. Yekunda tədbirdə fəal iştirak edənlərə Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən sertifikatlar verilib.

Mətbuat və informasiya şöbəsi, 27 may 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!