BDU-da Respublika Gününə həsr olunmuş tədbir keçirilib

29/05/2012

Bu gün Bakı Dövlət Universitetində 28 may - Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov iştirakçıları bayram münasibətilə təbrik edib. XX əsrin Azərbaycan xalqının həyatında çox böyük mübarizələr əsri olduğunu deyən rektor bildirib ki, azadlıq və istiqlaliyyət uğrunda çoxlu qanlar tökülmüş, xalqımız saysız-hesabsız şəhidlər vermişdir. 23 aydan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, xalqımız bu gün müstəqil Azərbaycanda Cümhuriyyət yaradanları böyük minnətdarlıq hissi ilə xatırlayır.

1991-ci ilin 18 oktyabrında əldə etdiyimiz müstəqilliyin bu mübarizələrin məntiqi nəticəsi kimi tarixə düşdüyünü deyən akademik Abel Məhərrəmov bildirib ki, Azərbaycan yenidən öz müstəqilliyini bərpa etsə də, müstəqil siyasət apara bilmir, ölkədə baş alıb gedən hərc-mərclik, özbaşınalıq, hakimiyyətin tez-tez dəyişməsi müstəqilliyimizi təhlükə altına alırdı. Xalqımızın xilaskar bir şəxsiyyətə ehtiyacı vardı. Bu şəxsiyyət xalqımızın Ümummilli lideri Heydər Əliyev idi. 1993-cü ilin iyununda Azərbaycan parçalanma, dağılma ərəfəsində ikən ulu öndərimiz xalqın tələb və təkidi ilə hakimiyyətə gəlməsəydi, bu gün biz Azərbaycanın müstəqilliyindən belə danışa bilməzdik. Ulu öndərin tarixi xidmətlərindən danışan rektor bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini də diqqətə catdırıb.

Sonra Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov çıxış edib. O, müstəqil dövlətimizin formalaşması, inkişafı və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıb.

Mövzu ətrafında professorlar - Cahangir Məmmədli və Tofiq Vəliyev danışıblar.

Mətbuat və informasiya şöbəsi, 29 may 2012-ci il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!