BDU-da Respublika Günü qeyd edilib

26/05/2015

Bakı Dövlət Universitetində 28 may - Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik edib. Rektor müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin yaradılmasından, Xalq Cümhuriyyəti yaradıcılarının tarixi xidmətlərindən, bu əlamətdar hadisənin millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi qoyduğu izlərdən bəhs edib. Rektor bildirib ki, Azərbaycan yenidən öz müstəqilliyini bərpa etsə də, müstəqil siyasət apara bilmir, ölkədə baş alıb gedən xaos müstəqilliyimizi təhlükə altına alırdı. Belə bir məqamda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı real vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaqla ölkəni parçalanma, dağılma təhlükəsindən xilas etdi. Ulu öndərin hakimiyyəti dövründə Azərbaycan  beynəlxalq səviyyədə çox böyük uğurlara imza atdı və həmin siyasət bu gün prezident İlham Əliyev  tərəfindən uğurla davam etdirilir.

Daha sonra BDU-nun professoru, millət vəkili Musa Qasımlı, akademik Vasim Məmmədəliyev, tələbələr adından isə hüquq fakültəsinin tələbəsi Nihad Səmidzadə çıxış ediblər.

Mətbuat və informasiya şöbəsi, 26 may 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!