BDU-da Respublika şagird konfransı keçirilib

26/04/2013

Bu gün Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş «Heydər Əliyev irsi elmimizin qarantıdır» mövzusunda Respublika şagird konfransı keçirilib. Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Təhsil Nazirliyi, BDU və onun nəzdində fəaliyyət göstərərn «Gənc İstedadlar» liseyidir.
Konfransın plenar iclasını giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov tədbirin əhəmiyyətindən danışıb. Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışan rektor, xüsusilə onun elm və təhsilə olan münasibətindən bəhs edib. Rektor deyib ki, dünyada ümummilli lideri olan xalqlar azdır. Azərbaycan xalqı xoşbəxtdir ki, onun ümummilli lideri var və həm də ona görə xoşbəxtdir ki, həmin siyasi kurs bu gün ölkədə uğurla davam etdirilir.
Təhsil Nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseynovanın «Elm və təhsilin vəhdəti müasir cəmiyyətin inkişafına xidmət edir»  və «Gənc İstedadlar» liseyinin şagirdi Aytəkin Murtuzovanın «Heydər Əliyev və Azərbaycan dili» məruzələri, həmçinin Tovuz rayonundan gəlmiş müəllim Talıb Mahmudovun çıxışı  maraqla qarşılanıb.  Sonra «Gənc İstedadlar» liseyinin fəliyyətini əks etdirən video çarx nümayiş etdirilib, çıxışlar olub.

Konfransın plenar iclasından sonra bölmə iclasları başlayıb. «Gənc istedadlar» liseyində keçirilən bölmə iclasları Ana dili və ədəbiyyat, tarix və coğrafiya, fizika, riyaziyyat və informatika, kimya, biologiya və ekologiya, xarici dillər (rus, ingilis) bölmələrində davam etdirilib. Ümumən 127 mərzə dinlənilib.

Mətbuat və İnformasiya şöbəsi, 26 aprel 2013-cü il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!