BDU-da Qurtuluş Günü qeyd edilib

14/06/2013

Bu gün Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, 20 il bundan əvvəl xalqımız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışına nail ola bildi, o, isə öz növbəsində Azərbaycan xalqını düşdüyü bəlalardan, rastlaşdığı roblemlərdən  qurtardı və xalqımızın Qurtuluş yolunu müəyyənləşdirdi. Rektor ulu öndərin müstəqil dövlətimizin möhkəmlənməsində və dünyada tanınmasında tarixi xidmətlərini vurğulayıb, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. «Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o vaxt daha da xoşbəxt olur ki, bu siyasi kurs ölkədə uğurla davam etdirilir» deyən Abel Məhərrəmov Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələri kimi ölkədə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin inkişaf etdiyini diqqətə çatdırıb.

Sonra vitse-spiker Ziyafət Əsgərov, deputatlar – Ziyad Səmədzadə, Musa Qasımlı və tələbə Yavər Məmmədova  Qurtuluş günü ilə bağlı fikirlərini bölüşüblər.

Mətbuat və İnformasiya şöbəsi, 14 iyun 2013-ci il.



 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!