BDU-da Qazaxıstan Respublikasının Müstəqillik günü qeyd olunub

16/12/2016

BDU-nun Abay adına qazax dili, tarixi və mədəniyyəti mərkəzində Qazaxıstanın Müstəqillik gününün 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Qazaxıstanın keçdiyi inkişaf yolundan danışan mərkəzin rəhbəri Fatima Dursunovanın sözlərindən məlub olub ki, Qazaxıstan Respublikasının müstəqilliyi ilə bağlı Konstitusiya Qanunu 16 dekabr 1991-ci il tarixində qəbul edilib. Qazaxıstan bu illər ərzində gənc dövlət olmasına baxmayaraq, irimiqyaslı islahatlar həyata keçirib. 120-dən çox ölkə tərəfindən rəsmi olaraq tanınan Qazaxıstan 24 ildir ki, Azərbaycan ilə diplomatik münasibətlər quraraq bu əlaqələri inkişaf etdirir.

Tədbirdə türkologiya kafedrasının müdiri, professor Ramiz Əsgər və kafedra üzvləri Qazaxıstan-Azərbaycan əlaqələrindən bəhs ediblər.

Sonda  Qazaxıstanın müstəqillik tarixi ilə bağlı film nümayiş etdirilib. Qazax xalqının keçdiyi müstəqillik yolu əks etdirən kitab sərgisi təşkil edilib.

Mətbuat və İnformasiya şöbəsi, 16 dekabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!