BDU-da "Qan qrupu və sənin xarakterin"adlı təlim keçirilib

26/10/2016

BDU-da Biologiya fakültəsinin dosenti Sevda Tahirlinin təşəbbüsü ilə "Qan qrupu və sənin xarakterin"adlı təlim keçirilib.Təlimdə universitetin yüzdən çox tələbəsi iştirak edib. Təlimçi qan qruplarından asılı olaraq insan xarakterinin müəyyən edilməsi, qarşı cinslə münasibətdə qan qruplarının uyğunlugu,qəbul etdiyimiz qidaların qan qrupundan asılı olaraq təsiri və s. mövzulardan bəhs edib. Tələbələrin marağına səbəb olan seminarda çoxsaylı suallara aydınlıq gətirilib. Təlimçi vaxt ayırıb gəldiklərinə görə bütün tələbələrə təşəkkür edib və belə görüşlərin davamlı olmağını arzulayıb.
Qeyd edək ki, Sevda Tahirli, eyni zamanda, Mirzə Ələkbər Sabir Fondunun prezidentidir və Fond tərəfindən həyata keçirilən əksər layihələr gənclərin maarifləndirilməsinə, milli və mənəvi dəyərlərin qorunub saxlanılmasına həsr edilir.

Mətbuat və informasiya şöbəsi, 26 oktyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!