BDU-da qış imtahan sessiyası başlayıb

08/01/2013

7 yanvar 2013-cü il tarixindən etibarən Bakı Dövlət Universitetinin əyani şöbəsində qış imtahan sessiyası başlayıb. Yanvarın 31-də başa çatacaq imtahanlar bir qayda olaraq yazılı formada həyata keçiriləcək. Qış imtahan sessiyası ilə əlaqədar rektor, akademik Abel Məhərrəmov iki əmr verib. Əmrlərdən birincisi 2012/2013-ci  tədris ilində universitetin əyani şöbəsində qış imtahan sessiyasının mütəşəkkil keçirilməsi məqsədi ilə verilib. Fakültə dekanlarına və kafedra müdirlərinə tapşırılıb ki, bütün tədris qruplarında fərdi qaydada görüş keçirsinlər və tələbələrin istək və arzularına diqqətlə yanaşsınlar. İmtahan zamanı konspektdən, kitabdan və digər vasitələrdən köçürmə hallarına yol verən tələbələr barədə akt tərtib edilsin və həmin auditoriyaya təhkim olunmuş koordinatorlar və fakültə dekanı tərəfindən imzalansın. Rektor tərəfindən verilmiş daha bir əmr sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargahın yaradılması haqqındadır. Əmrə uyğun olaraq, Qərargahın nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb və bu məqsədlə universitetin əsas binasında və tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün hər gün mövcud qaydada möhürlənməklə xüsusi qutular asılıb. Qərargahın sədrinə tapşırılıb ki, sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyi «qaynar xətti» ilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin etsin və bu barədə tədbir görülməsi məqsədilə müvafiq təkliflər versin. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları yaradılıb. Qeyd edək ki, imtahan sessiyası başlamazdan öncə fakültə dekanları, koordinator və rəhbər-koordinatorların iştirakı ilə rektorun görüşü keçirilib. Çıxış edən akademik Abel Məhərrəmov qış imtahan sessiyası haqqında danışıb, dekanları, koordinator və rəhbər koordinatorları prosesə ciddi nəzarət etməyə, tələbələrin biliyini obyektiv qiymətləndirməyə çağırıb. İmtahanlara nəzarət edəcək müəllimlərin bölgüsü başa çatdıqdan sonra rektor imtahan keçirilən auditoriyalarda olub. Tələbələrə uğurlar arzulayan rektor, onları biliklərinin obyektiv qiymətləndiriləcəyinə əmin edib.

Mətbuat və İnformasiya şöbəsi, 08 yanvar 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!