BDU-da professor Yusif Seyidovun elmi-pedaqoji fəaliyyətinə həsr olunmuş seminar keçirilib

26/11/2015

Bakı Dövlət Universitetinin filologiya fakültəsində Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Yusif Mir Əhməd oğlu Seyidovun elmi-pedaqoji fəaliyyətinə həsr olunmuş seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Hüseyn Əsgərov kafedranın yaradıcısı, professor  Yusif Seyidovun  ictimai, elmi və pedaqoji fəaliyyəti haqqında danışıb və gələn il kafedranın 50 illik yubileyinin keçiriləcəyini qeyd edib.

Məruzəçilər dosentlər - Rəhilə Quliyeva, Mətanət Abdullayeva və Əhəd Cavadov böyük elm xadimi, Azərbaycan dilinin qrammatikasının öyrənilməsi sahəsində böyük xidmətləri olan Yusif Seyidov haqqında maraqlı çıxışlar ediblər.

Məruzəçi dosent Rəhilə Quliyeva professor Yusif Seyidovun tələbəsi olaraq deyib ki, Yusif Seyidov yalnız elm, mədəniyyət deyil, eyni zamanda, bütün sahələrdə elmi yaradıcılıq sahibi şəxsiyyət idi. O qeyd edib ki, Y. Seyidov dilçilik sahəsində məktəb yaratmış alimlərimizdəndir.

Məruzəçi, dosent Mətanət Abdullayeva görkəmli alimin XI əsrdən  bəri ədəbiyyat nümayəndələrinin yaradıcılıqlarının bədii dilinin nəfis tərtibini verməsindən və bu haqda onun bir neçə kitabından söz açaraq nümunələri və hikmətli kəlamları diqqətə çatdırıb.

Dosent Əhəd Cavadov isə böyük alimi dərslik müəllifi kimi xarakterizə edib, onun dil, nitq problemi və şagird psixologiyasına dərindən bələd olmasına dair dərsliklərdən konkret nümunələr gətirib.

Bundan əlavə, seminarda Yusif Seyidovun dostu olmuş alimlər - filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyev, professor Təhsin Mütəllimov, Azərbaycan Xarici Dillər Universitetinin professoru Adil Babayev, Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Tofiq Hüseynoğlu və dosent Məti Osmanoğlu öz çıxışlarında Yusif Seyidovu orijinal dilçi, zövqlü ədəbiyyatçı və gözəl insan kimi xatırlayıb, haqqında xatirələrini bölüşüblər.

Mətbuat və informasiya şöbəsi, 26 noyabr 2015-ci il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!