BDU-da professor Məmməd Mübariz Əlizadənin 100 illik yubileyi münasibətilə tədbir keçirilib

28/12/2011

Bu gün Bakı Dövlət Universitetində görkəmli Azərbaycan şərqşünası, istedadlı şair və mütərcim, respublikanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əlizadə Məmməd Mübariz Əli oğlunun 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbiri açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, professor M.M.Əlizadə Şərqşünaslıq fakültəsinin dekanı (1962-1964) olub, uzun müddət Yaxın Şərq xalqları ədəbiyyatı və tarixi  kafedrasının müdiri kimi fəaliyyət göstərib, fars dili ədəbiyyatının öyrənilməsində və gənc iranşünaslar nəslinin yetişdirilməsində  müstəsna xidmətlər göstərib. M.Əlizadə ilə bağlı xatirələrini danışan A. Məhərrəmov alimin əsl elm adamı, azərbaycanlı kişisi və milli xarakterlərə məxsus insan kimi xarakterizə edib. Rektor bildirib ki, M. Əlizadənin 100 illiyi ilə bağlı BDU-da beynəlxalq elmi konfrans keçiriləcək.

Sonra M. Əlizadənin həyatının bir neçə məqamını əks etdirən foto-slayd, həmçinin video süjet nümayiş olunub. İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov «Mübariz Əlizadənin həyat və yaradıcılığı» mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə akademik Vasim Məmmədəliyev, şərqşünaslıq fakültəsinin dekanı dosent Elxan Əzizov, akademik Z.Bünyadov adına AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru professor Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətova, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim Nuri, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, professor Şahin Fərzəliyev, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi Əkrəm Bağırov, BDU-nun kafedra müdiri Tofiq Hacıyev çıxış edərək görkəmli  şərqşünas alim haqda xatirələrini bölüşüblər.

Tədbirin sonunda  ailə adından çıxış edən qızı, İran filologiyası kafedrasının dosenti Nüşabə Əlizadə  atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 28 dekabr 2011-ci il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: APA

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!