BDU-da professor Əmir Həbibzadənin 100 illiyinə həsr olunmuş konfrans

22/06/2016

Bakı Dövlət Universitetində əməkdar elm xadimi, professor Əmir Həbibzadənin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Funksional analiz və onun tətbiqləri” adlı respublika elmi konfransı keçirilib. Tədbiri giriş sözü ilə rektor, akademik Abel Məhərrəmov açaraq  professor Əmir Həbibzadənin geniş elmi və pedaqoji fəaliyyətindən danışıb.

Sonra Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərovun Əmir Həbibzadənin həyat və yaradıcılığı barədə məruzəsi dinlənilib. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, BDU-nun Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının müdiri, professor Əli Əhmədov alimin ömür yolundan, elmimizə verdiyi dəyərli töhfələrdən, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında göstərdiyi xidmətlərdən bəhs ediblər.

  1. Sonda ailə adından dosent Sevinc Rzayeva çıxış edərək tədbirin təşkilinə görə minnətdarlığını bildirib.

Konfrans öz işini “Riyazi analiz”, “Funksional analiz və ehtimal nəzəriyyəsi”, “Diferensial tənliklər”, “Cəbr və həndəsə, riyaziyyat və onun tədrisi metodikası”, “Hesablama riyaziyyatı və mexanika” və “Optimal idarəetmənin riyazi üsulları” bölmələrində davam etdirib.  Konfransda 126 məruzə dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 22 iyun 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!