BDU-da petisiya layihəsi ilə bağlı tədbir

14/04/2016

Bakı Dövlət Universitetində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi ilə bağlı tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov bildirib ki, aprelin 6-da Ağ Ev Administrasiyasının internet resursunda yerləşdirilən petisiya 100 mindən artıq imza toplayıb. Petisiyada AŞPA-nın 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Həmçinin Obama Administrasiyasına AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım olunması üçün çağırış edilir.

AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov çıxışında qeyd edib ki, qısa müddət ərzində 100 min nəfərdən artıq insanın petisiyaya səs verməsi, onun bu qədər geniş əks-səda doğurması insanların ölkəmizin gələcəyinə görə məsuliyyət daşıdıqlarının aydın təzahürüdür. 
Səsvermə prosesinə aid video-çarx nümayiş etdirildikdən sonra “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova iştirakçıları petisiya qaydaları ilə tanış edib. 
Sonda BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov çıxış edib. Bildirib ki, universitet tələbələri petisiyanın ilk günündən aktiv iştirakları ilə diqqət çəkiblər və bu günə kimi 14 min BDU tələbəsi səsvermədə iştirak edib.

Mətbuat və informasiya şöbəsi 14 aprel 2016-cı il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!