BDU-da Nəsir İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi-praktik konfransının plenar iclası öz işinə başlayıb

21/12/2011

Bu gün Bakı Dövlət Universitetində tanınmış ictimai-siyasi xadim və publisist, əməkdar jurnalist, professor Nəsir İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan jurnalistikası qloballaşma dövründə: qaynaqlar və perspektivə baxış” adlı respublika elmi-praktik konfransın plenar iclası öz işinə başlayıb. İclası giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov öncə “Nəsir İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin 23 noyabr 2011-ci il tarixli sərəncamından danışıb.

İşini 4 bölmədə (Jurnalistika müasir problemləri, Mətbuat tarixi: yeni araşdırmalar, Televiziya və radio jurnalistikası, Beynəlxalq jurnalistika) davam etdirəcək konfransdan, bununla əlaqədar nəfis şəkildə buraxılan kitabdan və həmin kitaba daxil edilən məqalələrin əhəmiyyətindən danışan rektor deyib ki, bu böyük publisistin və müəllimin, ictimai xadimin müasir Azərbaycan jurnalistikasının təşəkkülündəki xüsusi yeri, mətbuatımızın inkişafındakı əvəzsiz xidmətləri, zəngin pedaqoji fəaliyyəti hər zaman yüksək qiymətləndirilir. Rektor bildirib ki, Azərbaycanın ictimai-mədəni mühitində çox böyük yaradıcılıq izi qoyub getmiş professor Nəsir İmanquliyevin həyat yolu haqqında düşünəndə bu nadir şəxsiyyətin öz xalqına, millətinə göstərdiyi iki mühüm xidməti yada düşür. Bunlardan birincisi, onun klassik ənənələrimizə söykənən maarifçilik fəaliyyəti – çoxşaxəli Azərbaycan jurnalistikasında yaratdığı yeni məktəb, digəri isə bu məktəbin davamçılarını yetişdirməsidir. Rektor bildirib ki, Nəsir müəllim harada çalışmasından asılı olmayaraq, bütün anlarda milli dəyərlərimizin inkişafına, elmə, maarifə xidmət etmiş, mətbuata da özünün milli vətənpərvərlik hisslərindən, ədəbi-mədəni dəyərlərə olan sevgisindən gəlmişdi. Tale onu "Gənc işçi", "Kommunist", "Yeni yol" kimi qəzetlərin redak­siyalarında püxtələşdirmişdi. 30 ildən çox "Bakı" və "Baku"  qəzetlərinə rəhbərlik edən Nəsir müəllim publisistik və ədəbi yazıları ilə yeni dövr jurnalistikasına Həsən bəy Zərdabi ənənələrini gətir­mişdi.

Sonra plenar iclasın məruzələri dinlənilib. «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun «Azərbaycan jurnalistikasının peşəkarlıq problemi”, Jurnalistika fakültəsinin kafedra müdirləri Cahangir Məmmədlinin «Jurnalist yaradıcılığının bəzi xarakterik xüsusiyyətləri», Həmid Vəliyevin «Jurnalist təhsili: beynəlxalq təcrübə» adlı məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Mətbuat və informasiya şöbəsi, 21 dekabr 2011-ci il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: AzerTac.com, modern.az, APA, merkez.az, xeberler.info, milli.azsalamnews.org

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!