BDU-da ümummilli liderin ildönümünə həsr olunmuş Gül bayramı keçirilib

10/05/2012

Bu gün Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə BDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş Gül bayramı keçirilib.

Tələbələrin hazırladıqları gül kompozisiyalarının və incəsənət nümunələrinin nümayiş etdirildiyi tədbirdə universitetin 17 fakültəsi, o cümlədən əksər ali təhsil müəssisələri iştirak ediblər.

Gül bayramına qatılan rektor, akademik Abel Məhərrəmov ulu öndərin ad günü münasibətilə təşkil edilmiş bayramın əhəmiyyətindən danışıb, kompozisiyaların fakültələrin profilinə uyğun hazırlanmasını yüksək qiymətləndirib: “Universitet tələbələrinin yaratdıqları əl işləri biri-birindən gözəldir. Fakültələrin hamısı öz qabiliyyətlərini yüksək səviyyədə nümayiş etdiriblər. İştirakçılar ümummilli liderimizi necə təsəvvür etdiklərini göstərməyə çalışıblar. Bu tədbir onu göstərir ki, bu gün Azərbaycan gəncliyi düzgün yoldadır, gənclər ümummilli liderimizin müəyyənləşdirdiyi ideya ilə yaşayırlar. Bu da ondan xəbər verir ki, Azərbaycanın böyük, işıqlı gələcəyi var. Bu gənclər Azərbaycanın bayrağını ən yüksək zirvəyə qaldıra biləcəklər. Bizi sevindirən odur ki, gənc nəsil öz borcunu vaxtında başa düşür və vaxtında Heydər Əliyev addımları ilə irəli gedir. Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. Xalq o vaxt daha da xoşbəxtdir ki, həmin siyasi kurs ölkədə uğurla davam etdirilir.

Sonda rektor tədbirin təşkilatçılarına, əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 10 may 2012-ci il.


 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!