BDU-da ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə Gül bayramı keçirilib

10/05/2011

Bu günBakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş Gül bayramıkeçirilib.

Tələbələrin hazırladıqları gül kompozisiyalarının və incəsənət nümunələrinin nümayiş etdirildiyini tədbirdə universitetin 17 fakültəsi, o cümlədən əksər ali təhsil müəssisələri iştirak ediblər.

Gül bayramına qatılan rektor, akademik Abel Məhərrəmov ulu öndərin ad günü münasibətilə təşkil edilmiş bayramın əhəmiyyətindən danışıb, kompozisiyaların fakültələrin profilinə uyğun hazırlanmasını yüksək qiymətləndirib: “İştirakçılar ümummilli liderimizi necə təsəvvür etdiklərini göstərməyə çalışıblar. Bu tədbir onu göstərir ki, bu gün Azərbaycan gəncliyi düzgün yoldadır, gənclər ümummilli liderimizin müəyyənləşdirdiyi ideya ilə yaşayırlar. Bu da ondan xəbər verir ki, Azərbaycanın böyük, işıqlı gələcəyi var. Bu gənclər Azərbaycanın bayrağını ən yüksək zirvəyə qaldıra biləcəklər. Bizi sevindirən odur ki, gənc nəsil öz borcunu vaxtında başa düşür və vaxtında Heydər Əliyev addımları ilə irəli gedir.

Gül bayramının növbəti illərdə daha geniş şəkildə keçirilməsinin nəzərdə tutulduğunu bildirən rektor tədbirin təşkilatçılarına, əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

BDU-nun Mətbuat vəİnformasiya şöbəsi, 10 may 2011-ci il.

(Material APA, TREND, modern.az, lent.az, 1News.az, Milli.az, Azxeber.com informasiya agentliklərində və xəbər portallarında və "İki sahil" qəzetində də yayımlanıb 10-11 may 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!