BDU-da ümummilli lider Heydər Əliyevin Anım günü keçirilib

10/12/2014

Bu gün Bakı Dövlət Universitetində  ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xalqını düşdüyü bəlalardan, rastlaşdığı problemlərdən qurtarıb, dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradıb, elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlayıb. Ulu öndərin siyasi kursu möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli təhsilin inkişafı məsələsi öz məzmununu dəyişərək həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilir, insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatı yeni vüsət alır. Sonra Ulu öndərin xatirəsi 1 dəqiqəlik sütukla yad edilib.

Tədbirdə Milli Məclisin birinci vitse spikeri professor Ziyafət Əsgərov, Milli Məclisin Komitə sədri Ziyad Səmədzadə, Milli Məclisin Komitə sədri Hadı Rəcəbli və Millət vəkili, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov, Millət vəkili Fəzail İbrahimlinin çıxışları dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 10 dekabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!