BDU-da Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunmuş tədbir keçirilib

03/12/2014

Bu gün Ümumdünya QİÇS-lə mübarizə günüdür.İlk dəfə 1988-ci ildə təsis edilmiş QİÇS günü bu il artıq 26-cı dəfədir ki keçirilir.

Bu münasibətlə Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (BDU THİK) təşkialtçılığı ilə universitetdə tədbir keçirilib.

Tədbirdə BDU THİK sədri Daşqın Qənbərov və komitə əməkdaşları, ekologiya kafedrasının müdiri prof. Şövqi Göyçalı, habelə universitetin tələbələri iştirak ediblər.

İlk olaraq çıxış edən Daşqın Qənbərov hər kəsi salamlayaraq, Ümumdünya QİÇS-lə mübarizə günü barədə geniş məlumat verib:

“XXI əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük bəlalardan biri də QİÇS problemidir. Ölkəmizdə bu xəstəliklə mübarizə tempi günü-gündən artmaqdadır. Azərbaycan QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edərək təbliğat fəaliyyətini gücləndirir. Əhali, o cümlədən cəmiyyətin gələcəyi hesab olunan tələbələr arasında maarifləndirmə tədbirləri həyata keçirilir. Xüsusilə gənclər birlikləri bu mübarizədə səylərini birləşdirməyə çalışır. Əsas məqsəd insanları maarifləndirmək yolu ilə daha çox real həyata bağlamaq, dağılan və dağıdılan deyil, gözəlləşən dünyanın yanında görmək, yaşamaq və yaratmaq həvəsini, eşqini gücləndirməkdir. Fikrimcə, bu yolda hər bir vətəndaş dövlətin, dövlət isə öz vətəndaşının yanında olmalıdır. Bu onun xəstə və ya sağlam olmasından asılı deyil”, -deyə komitə sədri çıxışında bildirib.

Daha sonra ekologiya kafedrasının müdiri prof. Şövqi Göyçalı çıxış edərək tələbələrə QİÇS və onunla mübarizə üsulları barədə danışıb. BDU-nun aktiv tələbələri Tələbə Həmkarlar Təşkilatı sədri Eltac Cəbiyev və “Psixologiya klubunun” rəhbəri Çinara Teymurzadə mövzu ətrafında çıxış ediblər.

Mətbuat və informasiya şöbəsi, 02 dekabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!