BDU-da "Müstəqillik illərində coğrafiya elminin inkişafı " konfransı keçirilib

16/12/2013

Bu gün Bakı Dövlət Universitetində (BDU) Coğrafiya Fakültəsinin Fiziki coğrafiya kafedrasının 70 illik və Hidrometeorologiya kafedrasının 40 illik yubileyinə həsr olunmuş "Müstəqillik illərində coğrafiya elminin inkişafı " Respublika elmi konfransı keçirilib. Elm və İnnovasiya üzrə prorektor, professor Aydın Kazımzadə tədbiri açaraq, konfransın əhəmiyyətindən danışdı, və onun işinə uğurlar dilədi. Sonra "Hidrometeorologiya kafedrası 40 ildə" məruzəsi ilə onun müdiri, Coğrafiya fakültəsinin dekanı professor Fərda İmanov çıxış etdi. AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru , AMEA-nın müxbir üzvü, professor Ramiz Məmmədov coğrafi tədqiqatların müasir vəziyyəti barədə danışıb. Daha sonra konfransın plenar iclasında Fiziki Coğrafiya kafedrasının 70 illiyinə həsr olunmuş məruzə ilə onun müdiri professor Yaqub Qəribov çıxış etdi. Konfransın işində BDU-nun rektoru akademik Abel Məhərrəmov iştirak edib. Akademik kafedraların nailiyyətlərindən və qarşıdakı vəzifələrdən danışıb. Konfrans öz işini bölmələr üzrə davam etdirdi.

Mətbuat və İnformasiya Şöbəsi , 16 dekabr 2013.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!