BDU-da Müstəqillik günü qeyd edilib

18/10/2016

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib. Universitetin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov XX əsrin Azərbaycan xalqının həyatında çox böyük mübarizələr əsri olduğunu, müstəqil dövlətimizin qurulduğunu, 1991-ci ilin 18 oktyabrında yenidən əldə etdiyimiz müstəqilliyin bu mübarizələrin məntiqi nəticəsi kimi tarixə düşdüyünü deyib. Rektor ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixinə müstəqilliyin memarı və qurucusu kimi daxil olduğunu, ulu öndərin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, doğma vətənə olan qayğısı nəticəsində müstəqillik tarixinin əbədiləşdiyini qeyd edib.

Prezident İlham Əliyevin dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirdiyi fikirlərə toxunan rektor, öz növbəsində, bu illər ərzində ölkəmizin bütün istiqamətlər üzrə çox böyük uğurlara imza atmasından, Azərbaycanın dünyanın aparıcı ölkələrindən birinə çevrilməsindən də bəhs edib.

Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Mübariz Qurbanlı isə bildirib ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın təməl prinsiplərini formalaşdırıb, Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlər göstərib. Bu gün prezident İlham Əliyevin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, yaxın illərdə ölkəmiz dünyanın ən güclü dövlətlərindən birinə çevriləcəkdir.

Tədbir müstəqilliyin şərəfli yollarını əks etdirən filmin nümayişindən sonra başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 18 oktyabr 2016-cı il.




 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!