BDU-da Mir Cəlal Paşayevin “M.Ə.Sabirin sənət dünyası” kitabının təqdimatı keçirilib

28/04/2017

Kitabı BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru Alxan Bayramoğlu tərtib edərək nəşrə hazırlayıb.

Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov təqdimatın Mir Cəlalın doğum gününə təsadüf etdiyini qeyd edərək, onun görkəmli alim kimi fəaliyyətindən, ədəbi irsimizin araşdırılması istiqamətindəki tarixi xidmətlərindən danışıb, “M.Ə.Sabirin sənət dünyası” kitabının tərtib olunmasını elm ictimaiyyəti üçün mühüm hadisə kimi qiymətləndirib.

Professor Abdulla Abbasov Mir Cəlalın alim və müəllim kimi fəaliyyətindən, onun ədəbi irsimizə, o cümlədən M.Ə.Sabir yaradıcılığına münasibətindən bəhs edib. Bildirib ki, Mir Cəlal müəllimin M.Ə.Sabir haqqında araşdırmalarını kitab halında toplayıb nəşr etdirmək ədəbiyyatşünaslıq elminə böyük töhfədir.

Sonra professor Tofiq Hüseynoğlu, professor Cəlil Nağıyev, professor Ramiz Əskər Mir Cəlalın Azərbaycan elmi, ədəbiyyatı, təhsili sahəsindəki xidmətlərindən, onun ziyalı kimi şəxsi keyfiyyətlərindən söz açıb, kitabın elmi əhəmiyyəti barəsində fikirlərini bölüşərək maraqlı məqamalara toxunublar.

Sonda professor Alxan Bayramoğlu kitabdakı araşdırmaların aktuallığından danışıb, təşkilatçılığa görə fakültə rəhbəliyinə və iştirakçılara təşəkkürünü bildirib.

Mətbuat və informasiya şöbəsi, 28 aprel 2017-c il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!