BDU-da Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib - VİDEO

12/06/2014

Bu gün Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır - Heydər Əliyev. Xalqımız bu böyük insanın hakimiyyətə qayıdışına nail ola bildi, o, isə öz növbəsində Azərbaycan xalqını düşdüyü bəlalardan, rastlaşdığı problemlərdən qurtardı və xalqımızın Qurtuluş yolunu müəyyənləşdirdi. Rektor ulu öndərin müstəqil dövlətimizin möhkəmlənməsində və dünyada tanınmasında tarixi xidmətlərini vurğulayıb, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. “Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o vaxt daha da xoşbəxt olur ki, bu siyasi kurs ölkədə uğurla davam etdirilir”, - deyən akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticəsi kimi ölkədə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin inkişaf etdiyini diqqətə çatdırıb.

Tədbirdə Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, millət vəkilləri Mübariz Qurbanlı və Musa Qasımlı iştirak edib. Qonaqlar çıxışlarında Milli Qurtuluş gününün tarixi əhəmiyyətindən bəhs edib, xalqımızı bu gün münasibətilə təbrik ediblər.

Sonda Yeni Azərbaycan Partiyasına üzv olan əməkdaş və tələbələrə vəsiqələr təqdim edilib.

Mətbuat və İnformasiya şöbəsi, 14 iyun 2014-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!