Fizika fakültəsində magistrantların və gənc tədqiqatçıların Respublika elmi konfransı başlayıb

20/05/2011

Bu gün Bakı Dövlət Universitetinin Fizika fakültəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş «Fizika və Astronomiya problemləri» mövzusunda magistrantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb.

Tədbiri açan BDU-nun elmi işlər üzrə prorektoru,  professor İsmayıl Əliyev ulu öndər, görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında və inkişafında tarixi xidmətlərindən danışıb. 1994-cü ildə imzalanmış “Əsrin Kontraktı”dan sonra “Evrovision -2011” musiqi yarışmasında ölkəmizin I yer tutmasını ikinci böyük tarixi hadisə adlandıran prorektor, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Azərbaycanın dinamik inkişaf etdiyi bir dövrdə fiziklərin öhdəsinə böyük məsuliyyət düşdüyünü bildirən prorektor, tələbələrə tövsiyələrini verib, konfransa uğurlar arzulayıb.

Konfransın plenar iclasında “Polyarizələnmiş elektronun nüvə sahəsində tormozlanma şüalanmasının nəzəri tədqiqi”, “Ultrasəs prosessoru vasitəsi ilə kadmium sulfid nanohissəciklərinin alınması” və “Günəş spektrində H və K CaII profil xətləri” mövzusunda məruzələr dinlənilib.

Qeyd edək ki, konfrans 4 bölmədən ibarətdir.

Mətbuat İnformasiya şöbəsi, 20 may 2011-ci il.

(Material  APA, SİA, Reportaj Xəbər Agentliyi, Ucnoqte.az  informasiya agentliklərində , xəbər portallarında  və  "Yeni Azerbaycan",  qəzetində  də  yayımlanıb 20-21 may 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!