BDU-da “İlin ən yaxşı şam ağacı” müsabiqəsi

26/12/2014

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi ənənəsinə  uyğun olaraq bu il də “İlin ən yaxşı şam ağacı” müsabiqəsini həyata keçirib. Universitetin 17 fakültəsi “İlin ən yaxşı şam ağacı”nı təqdim edib.

Rektor, akademik Abel Məhərrəmov bəzədilmiş şam ağaclarını baxış keçirib, tələbələrlə səmimi söhbət edib, xatirə şəkli çəkdirib və bütün fakültələrin hazırlığından razılığını ifadə edib.

Sonda qaliblər elan edilib. Biologiya, Coğrafiya, Tarix, Jurnalistika, Hüquq və Kimya fakültələri birinci yeri, digər fakültələr isə ikinci yeri tutublar. Qaliblərə pul mükafatı verilib.

Mətbuat və informasiya şöbəsi, 26 dekabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!