BDU-da Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - VİDEO

29/04/2014

Bu gün Bakı Dövlət Universitetində prezident İlham Əliyevin 21 yanvar 2014-cü il tarixli sərəncamına əsasən, böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olan Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Mətbuat Şurası ilə birgə təşkil olunmuş tədbiri açan rektor, akademik Abel Məhərrəmov böyük ədbibin 150 illik yubileyinin keçirilməsi ilə bağlı prezident İlham Əliyevin sərəncamını xüsusilə qeyd edərək, Əli bəy Hüseynzadənin Azərbaycanda maarifçilik ideyalarının təşəkkülü və formalaşmasındakı əvəzsiz xidmətlərindən danışıb. “Türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyasının müəllifi kimi Əli bəy Hüseynzadənin həyat və fəaliyyəti, “Kaspi”, “Həyat”, «İrşad» qəzetləri və “Füyuzat” jurnallarındakı xidmətləri barədə ətraflı məlumat verib.

Çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov türk dünyasının böyük şəxsiyyəti olan Əlibəy Hüseynzadənin çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsindən bəhs edib.

Daha sonra məruzə edən Mətbuat tarixi kafedrasının professoru Şirməmməd Hüseynov Şərqin maarifçi-materialist filosofu Mirzə Fətəli Axundzadədən sonra yeni bir mərhələnin başlanğıcını qoyan, “füyuzatçılar” adlı ədəbi-fəlsəfi məktəbini yaradan Əli bəy Hüseynzadənin milli mətbuat tarixindəkı rolundan danışıb.

Tədbirin sonunda Mətbuat Şurasının Əli bəy Hüseynzadə ilə bağlı hazırladığı “Həqiqətin böy üyü” filmi nümayiş olunub.

Tədbirdə Mətbuat Şurası sədrinin müavinləri - Umud Rəhimoğlu, Müşfiq Ələsgərli, MŞ İdarə Heyətinin üzvləri - deputat Cavanşir Feyziyev, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğolu, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı, «Xalq Cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Yadigar Məmmədli və Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə xanım iştirak ediblər.

Mətbuat və İnformasiya şöbəsi, 29 aprel 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!