BDU-da Koreya Mədəniyyəti günü qeyd edilib

02/05/2016

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Koreya Mədəniyyəti günü keçirilib. Fakültənin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasnın təşkil etdiyi tədbirdə müəllim-tələbə heyəti iştirak edib. Dekan, dosent Elxan Əzizov və kafedra müdiri, dosent Oktay Cəlilbəyli çıxışlarında Koreya Mədəniyyəti gününün qeyd edilməsinin əhəmiyyətindən bəhs ediblər. 
Sonra tələbələrin ifasında Koreyanın milli çalğı alətlərindən ibarət "Samulnori" səhnələşdirilib. Koreya milli rəqsi - “Yelpik”, “Dado Çay” mərasimi nümayiş etdirilib, şeirlər səsləndirilib.
Tədbirdə Koreya konsulu Con Cunsoqun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 02 may 2016-ci il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!