BDU-da kadr dəyişikliyi

27/05/2011

Respublikada aparılan kadr islahatları ilə əlaqədar Bakı Dövlət Universitetində bəzi prorektorlar dəyişdirilmişdir. 7 prorektordan 4-nün əvəzinə yeni kadrlar təyin edilmişdir.

Tədris işləri üzrə prorektor, professor Vüsət Əfəndiyevin əvəzinə universitetin Elmi Hissəsinin müdiri, professor İradə Əliyeva, Elmi işlər üzrə prorektor, professor İsmayıl Əliyevin yerinə Fizika fakültəsinin kafedra müdiri, professor Aydın Kazımzadə, Humanitar məsələlər üzrə prorektor, professor Vaqif İbrahimovun əvəzinə Tarix fakültəsinin dekanı, professor Sani Hacıyev, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Elxan Hüseynovun yerinə Tarix fakültəsinin dosenti Şəlalə Məmmədova təyin edilmişdir.

Yeni təyinatlar zamanı kadrların yaşı, xarici dil və müasir idarəçilik üçün tələb olunant digər bilgilər də nəzərə alınmışdır.

Dəyişikliklərə əsasən, Beynəlxalq əlaqələr üzrə prorektoruluğun adı beynəlxalq əlaqələr və əməkdaşlıq, Humanitar məsələlər üzrə prorektorluğun adı Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr, Elmi işlər üzrə prorektorluğun adı Elm və innovasiyalar, Tədris işləri üzrə prorektorluğun adı isə tədrisin təşkili və təlim texnologiyaları adlandırılmış, qiyabi və əlavə təhsil üzrə prorektorluq həmin prorektorluğa birləşdirilmişdir.

Vəzifədən çıxan əməkdaşlar ixtisaslarına uyğun başqa işlə təmin edilmişlər.

Mətbuat və İnformasiya şöbəsi, 27 may 2011-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!